“Sumqayıt” Türkiyəyə yollanacaq

“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2024-cü il yanvarın 6-da Antalyaya yollanacaq.

Buna qədər, yanvarın 3-də Sumqayıtda toplaşacaq futbolçular üç gün doğma şəhərdə hazırlıq keçəcəklər.

Yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” hotelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddətdə 3 yoxlama matçında qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində baş tutacaq görüşlərdəki rəqiblərin kimliyi hələ ki, məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button