“Sumqayıt” tərcüməçisinə görə cərimə olunub
AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun tərcüməçisi Şahin Abdullayevi cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna klub rəsmisinin Azərbaycan Premyer Liqasının 36-cı turunda baş tutan “Qəbələ” ilə matçın bərpasını ləngitdiyinə görə qırmızı vərəqə alması səbəb olub.
Abdullayev 2 oyunluq diskvalifikasiya olunub, klub 1000 manat cərimələnib. Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması “gənclik şəhəri” təmsilçisini daha 800 manat ziyana salıb.
“Qəbələ” isə 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəbindən 700 manat cərimələnib.
36-cı turda baş tutan “Zirə” – “Səbail” görüşündə baş verənlərə görə hər iki klub cərimə və cəzalara məruz qalıb. Belə ki, “Zirə” klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 1500 manat cərimələnib.
“Səbail” klubu 4 futbolçusunun sarı vərəqə görməsi səbəbindən 700, Valdemar Almeydanın ikinci sarıdan qırmızı vərəqə almasına görə isə 500 manat cərimələnib. Qarşılaşmanın 70-ci dəqiqəsində meydandan qovulan portuqaliyalı yarımmüdafiəçiyə 1 oyunluq cəza verilib.
AFFA İntizam Komitəsi həmçinin “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Tovuz klubunu 800 manat cərimələyib.
Bizi Facebook-da izləyin