“Sumqayıt”dan Super Liqa klubu ilə heç-heçə

Növbəti mövsüm üçün hazırlıqlarını Ankarada davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama matçını keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb. Kızılcahamam stadionunda, Bakı vaxtı ilə saaat 18:00-da start götürən qarşılaşmada qalib müəyyənləşməyib.

Yoxlama oyunu

29 iyul

Sumqayıt – Gənclərbirliyi (Türkiyə) 1:1
Qol: Amil Yunanov, 46 – Zarqo Ture, 31.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Peyman Babayi, 10. Əmir Ağayev, 11. Elgün Nəbiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 27. İsmayıl Babayev, 28. Səbuhi Abdullazadə, 77. Cavidan Abbaszadə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button