“Sumqayıt” serbiyalı futbolçu transfer etdi

“Sumqayıt” serbiyalı futbolçu transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 25 yaşlı vinger Aleksa Yankoviçi heyətinə qatıb. Son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş futbolçu ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt”da “11” nömrəli formada çıxış edəcək.

Serbiya “Partizan”ının yetirməsi olan Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button