“Sumqayıt” sabiq futbolçusu ilə müqavilə bağlayıb
2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” sabiq futbolçusu Sərtan Taşkını geri qaytarıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü Türkiyənin “Manisa” klubunda keçirmiş müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Azərbaycan millisinin 26 yaşlı futbolçusu “Sumqayıt”ın heyətində 2 nömrəli formada çıxış edəcək.
2019/2020 mövsümündə də komandada çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin