“Sumqayıt” rekordunu yenilədi
Azərbaycan Premyer Liqasının lideri olan “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. “Sumqayıt” bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin