“Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sabah”la qarşılaşan “Sumqayıt” sabahdan etibarən məşqləri bərpa edəcək.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıqlara start verəcək.

Azərbaycan milli komandasının heyətində olan Əli Babayev, Süleyman Əhmədov, Baxşəli Baxşəliyev, həmçinin, zədəli olan Aleksey İsayev və Əmir Ağayev məşqlərdə iştirak edə bilməyəcək. Bundan başqa “Sumqayıt-2”-nin 5 futbolçusu – Elvin Nəsibov, Rüfət Abdullazadə, İbrahim Əliyev, Səbuhi Abdullazadə və Emin Zamanov əsas komandanın hazırlıq prosesinə cəlb edilib.

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt”, martın 25-i “Qəbələ” ilə yoxlama oyunu keçirəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşma, saat 16:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button