“Sumqayıt” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

Komanda.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçı 7000 tərəfdar izləyib.

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. 5-ci turun “Turan Tovuz” – “Səbail” oyununu 5500 azarkeş tribunalardan canlı izləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button