“Sumqayıt” Pakistan millisinin futbolçusu ilə anlaşıb
Pakistan millisinin futbolçusu İsa Suliman karyerasını Azərbaycanda davam etdirəcək.
Komanda.az “Record” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi “Sumqayıt”la razılığa gəlib.
Onun Portuqaliya “Vitoriya”sından ayrılaraq “kimyaçılar”a keçəcəyi bildirilib. Sulimanın tezliklə rəsmi müqavilə imzalayacağı gözlənilir.
İyun ayından Pakistan yığmasına dəvət alan Suliman İngiltərənin U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin