“Sumqayıt” pakistalı müdafiəçi transfer etdi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda Portuqaliya təmsilçisi “Vitoriya”ya (Gimaraynş) məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış etmiş pakistanlı futbolçu İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoriya” klublarında çıxış edib.

İsa İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button