“Sumqayıt” özünü “Şəfa”ya “çatdırdı”
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 70-ci səfər məğlubiyyətini alıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, 17-ci turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib. “ASK Arena”dakı görüşdə 1:2 hesabı ilə uduzan sumqayıtlılar, rəqib meydanında keçirdiyi 122-ci matçda “70”-ə çatıb. “Gənclik şəhəri” təmsilçisi səfərdə 19 qələbə qazanıb, 33 heç-heçə edib. Bu oyunlarda qonaqlar 108 qol vurub və 208-ni buraxıb.
“Sumqayıt” rəqib meydanında ən çox uduzan komandalar siyahısında 13-cü olan “Şəfa”ya çatıb. Hər iki komanda 70 dəfə uduzub. Antirekord isə “Turan”a məxsusdur. Artıq fəaliyyətini dayandıran Tovuz klubu rəqib meydanlarında 139 dəfə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin