“Sumqayıt” onun transferini rəsmən açıqladı
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Sumqayıt” son mövsümü “Keşlə”də keçirən Amil Yunanovla anlaşıb. 1 illik müqavilə imzalayan Yunanov “Sumqayıt”da 9 nömrəli formanı geyinəcək.
2015-2018-ci illər aralığında da “Sumqayıt”ın şərəfini qorumuş Amil Yunanov, meydana çıxdığı 75 qarşılaşmada 28 dəfə rəqib qapılarına yol tapmaqla “Sumqayıt”ın tarixinə ən çox qol vurmuş futbolçu kimi adını yazdırıb. O, “Keşlə” ilə yanaşı (24 oyun, 5 qol), “Qəbələ” (7 oyun, 1 qol) və “Rəvan”ın uğurları üçün çalışıb. Amil U-19 (3 oyun) və əsas millinin də (4 oyun) formalarını geyinib.
“Sumqayıt” dünən “Zirə”dən ayrılan Vüqar Mustafayevlə bir illik müqavilə imzalamışdı.
Bizi Facebook-da izləyin