
Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət etdi – “Sumqayıt”ın yeni transferi
“Sumqayıt” klubunun yeni transferi Camaldin Xojaniyazov Azərbaycan millisində oynamaq istəyir.
Komanda.az xəbər verir ki, daha əvvəl Rusiyanın gənclər yığmasında forma geyinən müdafiəçi bununla bağlı AFFA-ya müraciət edib.
Karyerası ərzində “Zenit”, “Amkar”, “Dinamo”, “Baltika”, “Ural” kimi komandaların formasını geyinmiş türkmən əsilli Camaldin Xojaniyazovun son klubu Belarus BATE-si olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin