Qazaxıstan millisinin sabiq üzvü rəsmən “Sumqayıt”da

“Sumqayıt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “kimyaçılar” Kərəm Sultanovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sumqayıt” 24 yaşlı müdafiəçiylə 1+1 illik müqavilə imzalayıb.

Azərbaycan əsilli futbolçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu “Kaspi” (Aktau) olan Kərəm, Qazaxıstanın “Kızıl-Jar” komandasının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button