“Sumqayıt” Şərifini hansı şərtlərlə transfer edib?

“Sumqayıt” klubu heyətinə qatdığı Mehdi Şərifi ilə imzaladığı müqavilənin detallarını açıqlayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, əslən cənubi azərbaycanlı olan hücumçu ilə 2 illik müqavilə imzalanıb. Mehdi, “Sumqayıt”ın heyətində 70 nömrəli formada çıxış edəcək.

Mehdi Şərifi karyerası ərzində “Sepahan” (74 oyun, 27 qol), “Traktor” (37 oyun, 4 qol) və son olaraq isə “Perspolis” (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button