
“Sumqayıt” Futbol Akademiyasının komandaları Dohadakı turnirə qatılacaqlar
“Sumqayıt” Futbol Akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları Qətərin paytaxtı Dohada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.
Klubdan Komanda.az-a verilən məlumata görə, komandaların yarışda iştirakı adı çəkilən ölkənin məşhur “Aspire” Akademiyasının dəvəti ilə gerçəkləşəcək.
“Sumqayıt”ın nümayəndə heyəti bu gün Qətərə yollanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin