“Sumqayıt” fiziki cəhətdən güclü komanda idi”

“Rəqibimiz fiziki cəhətdən güclü komanda idi”.

Komanda.az xəbər verir ki, bunu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşmadan sonra yerli “Fehervar” komandasının baş məşqçisi Tamaş Peto mətbuat konfransında deyib:

“Mərhələ adladığımız üçün çox şadam, əvvəlcədən gözlədiyim kimi, çox çətin matç oldu. Komandamda yorğunluq hiss etdim. Buna görə də çoxlu səhvlərə yol verdik. Az oyun keçirmişik. Oyunçuları rotasiya etməyə və komandanı yeniləməyə çalışdıq. Xoşbəxtlikdən, bir neçə mövqedə istifadə edə biləcəyimiz oyunçularımız var”.

“Fehervar” – ” Sumqayıt” matçı 0:0 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə (1:2, 0:0) Sumqayıt təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button