“Sumqayıt” “Fehervar”a evdə uduzdu

“Sumqayıt” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Macarıstan “Fehervar”ını qəbul edib.

Oyuna saat 20:00-da start verilib. Qarşılaşma Sumqayıt təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Komandaların cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Sumqayıt – Fehervar 1:2
Qol: Səbuhi Abdullazadə, 20 – Tobias Kristensen, 39. Çaba Spandler, 52.
Qırmızı vərəqə: Murad Xaçayev, 32 (ikinci sarı).
Baş hakim: Flerian Lyata (Albaniya).
Sumqayıt, Mehdi Hüseynzadə stadionu.

Sumqayıt: Mehdi Cənnətov, Elvin Bədəlov (k), Murad Xaçayev, Rövlan Muradov, Slavişa Radoviç, Fernando Medeiros, Səbuhi Abdullazadə, Cordan Rezabala, Rəhim Sadıxov, Roy Kexat, Nikola Vujnoviç.
Ehtiyat oyunçular: Murad Ağamalıyev, Xəyal Fərzullayev, Vüqar Mustafayev, Nihad Əhmədzadə, Sənan Muradlı, Kamran Quliyev, Uğur Cahangirov, Tressor Mossi
Baş məşqçi: Samir Abasov.

Fehervar: Balaş Tot, Nikola Serafimov, Tobias Kristensen, Bence Bedi, Boqdan Melnik, Sabol Şen, Çaba Spandler, Aron Çonqvay (k), Matias Katona, Milan Peto, Neyk Qradisar.
Ehtiyat oyunçular: Dala, Veselinov, Larsen, Stafebelli, Kavac, Simut, Bence, Patrik, Husuti, Ominger, Babos.
Baş məşqçi: Tamaş Peto.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button