“Sumqayıt” – “Fehervar” matçı albaniyalı hakimə tapşırıldı
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sumqayıt” – “Fehervar” (Macarıstan) matçını albaniyalı hakimlər briqadası idarə edəcək.
Komanda.az xəbər verir ki, baş hakim Florian Lataya yan xətt hakimləri Xulio Mani və Reydi Zaimi kömək edəcək.
Kreşnik Çyapi isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-də, saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin