
“Sumqayıt” bu gün Türkiyədə “siftə” edəcək
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, “kimyaçılar” Türkiyənin “Bandırmaspor” komandası ilə qarşılaşacaq.
1-ci liqa təmsilçisi ilə oyun saat 17:00-da başlayacaq.
“Sumqayıt” Azərbaycanda keçirdiyi yoxlama oyunlarında “Sabah”a 2:1, “Səbail”ə 3:2 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin