
“Sumqayıt” bu gün “Fehervar”la cavab oyununa çıxacaq
Bu gün “Sumqayıt” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Sumqayıt komandası cavab matçında Macarıstanda “Fehervar”ın qonağı olacaq.
“Mol Arena”dakı qarşılaşma saat 21:00-da start götürəcək. Oyunu isveçli hakim Kristoffer Karlsson idarə edəcək.
Sumqayıtdakı ilk oyunda “Sumqayıt” 1:2 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin