“Sumqayıt” barədə məlumat toplamaqda çətinlik çəkdik”

Serbiyanın “Çukariçki” komandasının məşqçisi Pavle Delibaşiç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri ilk oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərdən böyük dəstək gözləyirik. Ümid edirik ki, dolu tribunalar önündə 3-cü təsnifat mərhələsinə doğru bir addım atacağıq. Bu mövsüm klubun ambisiyaları daha böyükdür. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Ancaq əvvəlcə “Sumqayıt”la matçları düşünürük.

UEFA-nın səfər qolu qaydasını ləğv etməsi yaxşı qərardır. İlk matçda tələsməyəcəyik. Çünki bizi Azərbaycanda cavab görüşü gözləyir.

“Sumqayıt” barədə məlumat toplamaqda çətinlik çəkdik. Onların son oyunları haqqında material əldə etmək bir az çətin başa gəldi. Əsasən keçən mövsümdən kardları izləmişik. Rəqibin intizamlı müdafiə olunan komanda olduğunu bilirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button