“Sumqayıt” azarkeşlərinə görə cərimə ödəyəcək

“Sumqayıt” klubu azarkeşlərinə görə ziyana düşüb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Sumqayıt”ın cərimələnməsinə Premyer Liqanın 16-cı turunda “Neftçi” ilə ev görüşü zamanı azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi və bu halın cari mövsümdə ikinci dəfə yaşanması səbəb olub. Nəticədə, klub 500 manat ziyana düşüb. Meydan sahibləri həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.

İntizam Komitəsi “Kəpəz” klubunu da cərimələyib. Buna 16-cı turda “Zirə” ilə baş tutan matçöncəsi iclasda təhlükəsizlik nümayəndəsinin iştirak etməməsi səbəb olub. Gəncə təmsilçisi 800 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button