“Sumqayıt” Ayxan Abbasovla bağlı qərar verdi
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun klubdakı taleyinə aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu komandanı növbəti mövsümdə də sözügedən mütəxəssis çalışdıracaq.
Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi ilə görüşən Abbasovu komandada qalmağa razı salıblar. Nəticədə o, daha bir il “Sumqayıt”ı çalışdırmağa qərar verib.
Qeyd edək ki, Ayxan Abbasovun mövsümün sonunda “Sumqayıt”dan ayrılacağı gözlənilirdi. Belə ki, o, Azərbaycan Kubokunun “Qəbələ” ilə final matçından sonra istefasını açıqlamışdı: “Yəqin ki, bu, “Sumqayıt”da son matçım idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin