“Sumqayıt” 800 manat cərimə olunub

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu azarkeşlərə görə cərimələyib.

Komanda.az xəbər verir ki, buna fanatların “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 18-ci turunun matçında meydana kənar əşyalar atması səbəb olub.

Klub 800 manat ziyana düşüb.

İntizam Komitəsi “Qarabağ”ı da 700 manat cərimələyib. Ağdam təmsilçisinin 5 üzvü həmin turda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button