Sulşerin məvacibi bəlli oldu

Joze Mourinyonun istefaya göndərilməsindən sonra “Mançester Yunayted”in baş məşqçi postuna təyin olunan Ole-Qunnar Sulşerin məvacibi bəlli olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”la üç illik müqavilə bağlayan norveçli mütəxəssis, illik 7,5 milyon funt-sterlinq məvacib alacaq. Bu məvaciblə o, “Liverpul”un, “Arsenal”ın və “Çelsi”nin baş məşqçilərindən çox qazanacaq. Belə ki, Yurgen Klopp illik 7 milyon, Unay Emeri 6 milyon, Mauritsio Sarri isə 5,15 milyon avro qazanır.

Premyer Liqada ən yüksək ödənişli mütəxəssis isə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardioladır. “Şəhəlilər”i çalışdıran ispan mütəxəssis illik 15 milyon funt-sterlinq qazanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button