Sulşerdən Halanda təbrik: “Mançesterin pis tərəfində…”
“Mançester Siti”yə keçən norveçli futbolçu Erlinq Halandı əfsanəvi həmyerlisi Ole-Qunnar Sulşer də təbrik edib.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı 21 yaşlı hücumçu özü verib. “Mançester Yunayted”in sabiq baş məşqçisi gənc norveçliyə belə təbrik mesajı göndərib:
“Mançesterin pis tərəfində sənə uğurlar arzulayıram”.
Haland bildirib ki, Sulşerlə mütəmadi olaraq yazışır:
“Yaxşı bilirsiz ki, “Molde”də olanda, Sulşer mənə inanılmaz dəstək verib. O, əla oğlandır”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin