Sulşer Ronaldo ilə bağlı səhvə yol verdiyini etiraf etdi
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole-Qunner Sulşer Kriştiano Ronaldonun İngiltərə klubuna gəlişindən sonra yaranan problemlər barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Bu, çox sürətli qərar idi. Onun “Yuventus”dan ayrılacağı bəlli olanda onu istəyən başqa klublar da var idi. “Mançester Yunayted”də məndən soruşdular: “Onu geri qaytarmağa cəhd etməyimizi istərdizmi?” “Bəli” dedim, çünki bilirik ki, Ronaldo keyfiyyətli oyunçudur və onun 37 yaşı var. Ancaq bunun öhdəsindən gəlməliyik, çünki o, dünyanın ən yaxşı bombardiridir. O zaman bu düzgün qərar idi.
Ronaldo bizə qoşulmazdan əvvəl ən çox tələb olunan komandalardan biri idik. O gələndə Den Ceymsi buraxdıq, onlar iki fərqli oyunçudur. Mənim üçün bu, düzgün qərar idi, amma səhv olduğu ortaya çıxdı.
Dərhal necə davranacağımızı və kiçik dəyişikliklər edəcəyimizi düşünməyə başladıq. Kriştiano öndə olan Antoni Marsial, Meyson Qrunvud və Markus Reşforddan fərqlidir. Ronaldo gələndə ən çox əziyyət çəkən Edinson Kavani idi”.
Bizi Facebook-da izləyin