Sulşer PSJ ilə oyunları xatırlatdı
İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti”yə 1:3 hesabı ilə məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis, oyunun ikinci hissəsindən razı qaldığını bildirib:
“İlk qola qədər fərqli oyun düşünürdüm. İşimizin öhdəsindən lazımınca gələ bilmədik. İlk hissədəki oyunumuzdan razı qalmadım, ikinci hissədə isə əla çıxış etdiyimizi düşünürəm. Bir neçə qol epizodu yaratdıq. Gənc komandamız var. Belə oyunlar nəsə öyrənmək üçün böyük fürsətdir. Uğursuzluqlardan sonra daha yaxşı çıxış etməyi öyrənməliyik.
Öz meydanımızda məğlub olsaq da, mərhələ keçdiyimiz çox oyun var. Buna son nümunə keçən mövsüm Çempionlar Liqasında keçirdiyimiz PSJ ilə oyunlardır. Səfər oyununa gedərkən, özümüzə inanmalı, daha yaxşı oyun göstərəcəyimizə ümid etməliyik”.
Bizi Facebook-da izləyin