Sulşer “Mançester Yunayted”dəki günlərini yada saldı

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer komandada keçirdiyi vaxtları xatırlayıb.

Komanda.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, norveçli mütəxəssis, komandada olarkən birinci mövsümünün sonunda nəyinsə səhv getdiyini gördüyünü bildirib:

“Bəzi futbolçular komandanı tərk etmək istəyirdi. Birinci mövsümün sonunda nəyinsə səhv getdiyini gördüm. Amma son iki mövsümümdə komanda çempionatı 3-cü və 2-ci yerdə tamamladı. Düşünmürəm ki, yaxşı işimizə görə adekvat tanınmadıq”.

Sulşer 2019-21-ci illərdə “qırmızı şeytanlar”ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 168 oyun keçirib, 92 qələbə qazanıb, 41 məğlubiyyətə üzülüb, 35 görüş isə heç-heçə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button