Sulşer Danimarka millisinin təklifini rədd edib
Ole Qunnar Sulşer Danimarka millisinin baş məşqçisi postunu tuta bilər.
Komanda.az “Tipsbladet”-ə istinadən xəbər verir ki, Danimarka Futbol İttifaqı norveçlı məşqçiyə təklif etsə də, rədd cavabı alıb.
Sulşer adı açıqlanmayan top-klubda işləmək üçün danışıqlar aparır. Onun son iş yeri “Mançester Yunayted” olub. O, 2021-ci ildə “qırmızı şeytanlar”dan ayrılıb.
Lars Kudsen hazırda Danimarka millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edir. Onun rəhbərliy etdiyi komanda Millətlər Liqasının qrup mərhələsinin iki oyununda İsveçrə (2:0) və Serbiyanı (2:0) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin