Subotiç Türkiyə klubu ilə müqaviləsinə xitam verdi

Türkiyənin “Dənizlispor” klubu müdafiəçisi Neven Subotiçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mövsümün əvvəlində transfer olunan 32 yaşlı futbolçu klubla müqaviləsinə birtərəfli qaydada xitam verib. Serb müdafiəçiyə klub tərəfindən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək təklif olunsa da, o, bunu qəbul etməyib.

Subotiç bu mövsüm “Dənizlispor” forması ilə meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalıb. O, karyerası ərzində “Borussiya” (Dortmund), “Maynts”, “Sent-Etyen”, “Portu”, “Leqanes”, “Las Palmas” və “Union Berlin” klublarında da çıxış edib.

Subotiçlə vidalaşan “Dənizlispor” heyətinə yeni futbolçu da cəlb edib. Belə ki, Super Liqa klubu yarımmüdafiəçi Kubilay Aktaşı transfer edib. Son olaraq “Qaziantep”in uğurları üçün çalışan 25 yaşlı futbolçu ilə müqavilənin müddəti mövsümün sonuna qədərdir. Aktaş daha öncə “Kasımpaşa”, “Boluspor” və “İstanbulspor”da da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button