“Liverpul”a “yox” dediyi üçün peşmandır

“Real Sosyedad”ın və İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendi yayda “Liverpul”a keçməkdən imtina etdiyinə görə artıq peşmandır.

Komanda.az xəbər verir ki, bu barədə “Estadio Deportivo” nəşri məlumat yayıb.

“Liverpul” yayda “Real Sosyedad”a 60 milyon avro təzminat ödəməyə hazır idi. 25 yaşlı futbolçu özü də transfer barədə ciddi düşünsə də, son anda hazırkı klubunda qalaraq, yeni müqavilə imzalamağa qərar verib.

Subimendi “Liverpul”un yanvarda onu transfer etməsini istəyir. O, “Real Sosyedad”la müqaviləni uzatdıqdan sonra sözləşməsindəki təzminat məbləği də artıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button