Peşman olub – “Liverpul”dan yeni təklif gözləyir
“Liverpul” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” yanvarda ispaniyalı yarımmüdafiəçinin transferini təşkil etməyə çalışa bilərlər.
“Liverpul” yay transfer pəncərəsində Subimendi ilə müqavilə imzalamağa çalışıb, lakin o, son anda “Real Sosyedad”da qalmağa qərar verib.
Əvvəllər 25 yaşlı futbolçunun “Real Sosyedad”da qalmaq qərarından artıq peşman olduğu bildirilirdi. İddialara görə, o, “Liverpul”un yanvarda onun üçün yenidən qayıdacağına və transferi təşkil edəcəyinə ümid edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin