“Şübhə etmirəm ki, Messi dünya çempionatına gedə biləcək” – Poçettino

ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino hesab edir ki, Lionel Messi 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında iştirak edəcək. Argentinalı hücumçu bu turnir zamanı 39 yaşında olacaq.

Komanda.az “La Nacion”-a istinadən xəbər verir ki, Poçettinoya görə, futbol baxımından yaşının çox olmasına baxmayaraq, bu, onun həmyerlisinin turnirdə iştirakına mane olmayacaq:

“Şübhə etmirəm ki, Messi dünya çempionatına gedə biləcək. O, istəsə, oynayacaq. Görürsüz ki, onunla hər şey qaydasındadır. O, çox peşəkardır və özünə qulluq edir. Onu dünya çempionatında görmək çox gözəl olardı. Bu həm ABŞ, həm də Argentina üçün çox həyəcanlı olardı”.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button