“Şübhəsiz ki, Sarri növbəti mövsümdə də “Yuventus”u çalışdıracaq”

“Yuventus”un idman direktoru Fabio Paratisi komandanın baş məşqçisi Mauritsio Sarri və hücumçular – Kriştiano Ronaldo, Paulo Dibala ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Sarrinin növbəti mövsümdə də “qoca sinyora”nı çalışdıracağını bildirib:

“Bütün söz-söhbətlər sadəcə mətbuatdadır. On ildir burdayam, 9 ildir çempionatın lideriyik. Şübhəsiz ki, Sarri növbəti mövsümdə də “Yuventus”u çalışdıracaq”.

Paratisi, Ronaldo və Dibalanın komandadakı gələcəyi ilə bağlı bunları deyib:

“Ronaldo dünyanın ən yaxşı futbolçusu, “qızıl top”un qalibidir. Digər futbolçular kimi məşqçi və rəhbərliklə münasibəti normaldır. O, burda qalmaq istəyir. Dibalaya gəlincə, onunla müqaviləni yeniləməyi müzakirə edirik. Dibala vacib futbolçudur və gələcəkdə bizə daha çox fayda verə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button