
“Heç kim unutmasın ki, “Borussiya” ötən mövsüm Çempionlar Liqasının finalında çıxış edib”
“Borussiya”nın (Dortmund) baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/4 finalında bu gün “Barselona”ya qarşı keçiriləcək ilk oyundan əvvəl danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, komanda olaraq yarımfinala çıxacaqlarına inanır:
“Barselona” favoritdir, amma heç kim unutmasın ki, “Borussiya” ötən mövsüm Çempionlar Liqasının finalında çıxış edib. Biz böyük komandayıq. Komandamızın yüksəlişdə olduğunu görürəm. Şübhəsiz ki, bizim yarımfinala çıxmaq şansımız olacaq”.
Çempionlar Liqasının 1/8 finalında “Barselona” “Benfika”nı ümumi hesabda 4:1 hesabı ilə məğlub edib. “Borussiya” isə iki oyunda “Lill”i 3:2 hesabı ilə üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin