
”Fənərbaxça”nın hədəfi – Suares
Türkiyənin “Fənərbaxça” klubu hücum xəttinə ulduz futbolçu gətirməyi planlaşdirır.
Komanda.az “NTV Spor”a istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” “Atletiko”nun hücumçusu Luis Suareslə maraqlanır.
Klubun rəhbərliyi mövsümün sonunda 35 yaşlı uruqvaylı futbolçunun meneceri ilə danışıqlara başlayacaq.
Suares bu mövsüm 37 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin