Luis Suaresin əvəzinə serbiyalı hücumçu?

Hollandiyanın “Ayaks” klubunun hücumçusu Duşan Tadiç karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” serbiyalı futbolçunun xidmətində maraqlıdır. Uzun müddətə zədələnən Luis Suaresin boşluğunu yeni hücumçu ilə doldurmaq niyyətində olan Kataloniya klubunun artıq əsas hədəfinin Tadiç olduğu bildirilir. Artıq klublar arasında danışıqların başladığı və futbolçunun menecerinin İspaniyaya gedəcəyi deyilir.

2018-ci ildən “Ayaks”ın şərəfini qoruyan 31 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button