Məşhur futbolçu milli komandada son oyununu keçirib
Dünən Uruqvay və Paraqvay milliləri arasında DÇ-2026-nın seçmə mərhələsinin oyunu keçirilib (0:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma uruqvaylı hücumçu Luis Suares üçün milli komandada sonuncu matç olub. 37 yaşlı bombardir start heyətində meydana çıxıb və bütün matçı qol vurmadan keçirib.
Suares 2007-ci ildən Uruqvay millisində çıxış edirdi. Milli komandanın heyətində 143 oyun keçirən forvard 69 qol vurub, 39 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin