Suares Messinin durumunu dəyərləndirib

“İnter Mayami”nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messinin durumu haqda danışıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu hər kəsin Messinin bu komandaya nə qədər bağlı olduğunu bildiyini söyləyib:

“Hər kəs Messinin bu komandaya, milli komandasına və meydançaya çıxmaq istəyinə nə qədər bağlı olduğunu bilir. Hər gün o, hamımızın onu görmək istədiyi mövqeyə qayıtmağa daha da yaxınlaşır”.

Messi 2024-cü il Amerika kubokunun Kolumbiya yığmasına qarşı final matçında (1:0) zədələnmişdi. 37 yaşlı forvard topuğundan zədə alıb və o vaxtdan müalicə olunur.

Argentinalı hücumçu 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button