Suares keçmiş baş məşqçisinin həqiqəti deməsini istəyir

Uruqvay “Nasional”ının hücumçusu Luis Suares Kataloniya klubundan getməsinin təşəbbüskarı olan “Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, uruqvaylı forvard Kumanın həqiqətləri söyləməsini istəyir:

“Xeyli vaxt keçib. İndi sadəcə, nəzakət və hörmətdən ötrü görüşəndə ​​Kumana salam verə bilərəm. Görüşsək, ümid edirəm ki, Ronald futbolçu karyerası ərzində sahib olduğu cəsarəti və böyüklüyü nəzərə alaraq, məndən niyə qurtulduğunu etiraf edər. Ümid edirəm ki, o, bir gün həqiqəti söyləyəcək”.

Suares 2014-2020-ci illərdə “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button