
Luis Suares yenə dişlədi – Bu dəfə komanda yoldaşını
“İnter Mayami”nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalının “Los Anceles”lə cavab matçında (3:1) komanda yoldaşı Jordi Albanı dişləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə matçın 89-cu dəqiqəsində, iki komandanın futbolçuları arasında əlbəyaxa dava zamanı baş verib.
38 yaşlı uruqvaylı oyunçu bilmədən komanda yoldaşı Albanın barmağını dişləyib.
Bu, Suaresin meydanda oyunçuları ilk dəfə dişləməsi deyil. Onun “qurbanlar”ı arasında əvvəllər dişlədiyi Otman Bakkala (2010), Branislav İvanoviç (2013) və Corco Kyellini (2014) var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin