Suares “İnter Mayami”yə keçir
“Barselona”nın keçmiş hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ABŞ klubu ilə bir illik müqavilə imzalayacaq.
Suares “Qremio”nun heyətində 2023-cü il mövsümündə 33 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. O, Braziliya çempionatının ən yaxşı oyunçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin