Suares Forlanın rekordunu əlindən aldı

“Barselona” La Liqanın 30-cu turunda səfərdə “Vilyarreal”la qollu bərabərə qalıb – 4:4.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 4-cü qolunu vuran Luis Suares yeni rekorda imza atıb. Oyunda fərqlənən Suares, La Liqada vurduğu qolların sayını 129-a çatdırıb. O, çempionat tarixində ən çox qol vuran uruqvaylı futbolçu ünvanını qazanıb.

Suaresdən əvvəl La Liqada ən çox qol vuran uruqvaylı Dieqo Forlan idi. O, “Atletiko” və “Vilyarreal” formasıyla 128 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button