“Suares bunu heyrətamiz şəkildə bacardı” – “İnter Mayami”nin baş məşqçisi

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino uruqvaylı hücumçu Luis Suaresin MLS-də “DS Yunayted”lə matçda (3:1) ikinci hissənin ortasında meydana çıxmasını şərh edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı məşqçi Suaresin meydanda təkcə tam 90 dəqiqə deyil, daha az oynayanda da töfhə verməli olduğunu bildirib:

“Suares “Naşvill”lə əvvəlki oyunda demək olar ki, bütün 90 dəqiqə oynadı və bu günün istirahət üçün yaxşı fürsət olduğunu başa düşdü. Dedik ki, onun cəmi yarım saatı olacaq və o, oyunun gedişatını müəyyənləşdirdi. Çalışın ki, oyunçu tam 90 dəqiqə oynayanda deyil, daha az oynayanda da töhfə versin və Luis Suares bu gün bunu heyrətamiz şəkildə bacardı”.

Uruqvaylı hücumçu “DS Yunayted”lə oyunda ehtiyat oyunçular skamyasında olsa da, ikinci hissədə meydana daxil olaraq matçın axarını dəyişə bilib. Suares əvvəlcə 72-ci dəqiqədə hesabı 2:1 komandasının xeyrinə dəyişib, 85-ci dəqiqədə isə dubla imza atıb.

37 yaşlı forvard bu mövsüm bütün yarışlarda 7 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button