Argentina millisinin üzvü Premyer Liqa klubuna keçir

“Ştutqart”ın və Argentina milli komandasının futbolçusu Nikolas Qonsales karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu “Brayton”la razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisinin Nikolas üçün “Ştutqart”a 29 milyon avro ödəyəcəyi bildirilir.

Qonsales “Brayton”la beş illik müqavilə imzalayacaq. Argentinalı futbolçu yeni klubunda mövsümə üç milyon avro qazanacaq.

Nikolas Argentina yığmasında 7 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button