
“Bayern” “Ştutqart”la razılığa gələ bilmir
“Ştutqart”ın almaniyalı hücumçusu Nik Voltemade “Bayern”in maraq dairəsindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Ştutqart” rəhbərliyi 23 yaşlı hücumçunu 80 milyon avro dəyərində qiymətləndirir. Daha öncə “Bayern” onun üçün təxminən 40 milyon avro təklif etsə də, bu istəyi rədd edilib.
Voltemadenin “Ştutqart”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, 2024/25 mövsümündə 33 oyunda iştirak edib, 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



