
“Ştutqart” finalda
Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ikinci finalçının adına “Ştutqart” – “Leypsiq” matçında aydınlıq gəlib.
Görüşün yekununda sevinən tərəf ştutqartlılar olublar.
“Ştutqart” mayın 24-də keçiriləcək həlledici oyunda “Arminiya” ilə qarşılaşacaq.
Almaniya kuboku
Yarımfinal
1 aprel
Arminiya – Bayer 2:1
Qollar: Vorl, 20. Qrosser, 45+3 – C.Ta, 17.
2 aprel
Ştutqart – Leypsiq 3:1
Qollar: Ştiller, 5. Voltermade, 57. Levelinq, 73 – Şeşko, 62.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin