“Özümü əla hiss edirəm” – “Mançester Siti”nin müdafiəçisi

“Mançester Siti”nin müdafiəçisi Con Stounz yeni mövsümdən öncə özünü necə hiss etdiyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda yaxşı vəziyyətdə olduğunu deyib:

“Hazırda yaxşıyam. Yaxşı formadayam, özümü əla hiss edirəm və artıq bir neçə aydır ki, işləyirəm. İndiyə qədər hər şey əladır”.

”Şəhərlilər”in daimi zədəliləri onların son mövsümdəki uğursuzluqlarının əsas səbəblərindən biri olub. Komanda avqustun 16-da, Premyer Liqanın yeni mövsümünün ilk turunda səfərdə “Vulverhempton”la qarşılaşacaq.

Stounz 2024/25 mövsümündə bütün yarışlarda cəmi 20 dəfə meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button